SEPAH-ın yüksək rütbəli generalı belə öldürüldü - TƏFƏRRÜATLAR

SEPAH-ın yüksək rütbəli generalı belə öldürüldü - TƏFƏRRÜATLAR
23.09.2026 23:20 Dünya

İranın cənub-şərqində silahlı şəxslərlə hərbçilər arasında baş verən toqquşmada SEPAH-ın briqada generalı Hüseyn Zərifi öldürülüb.

TodayPress TV  xəbər verir ki, hadisə Sistan və Bəlucistan əyalətinin Saravan şəhərinin Cəhadabad bölgəsində baş verib.

Məlumata görə, Zərifi Saravandakı SEPAH-ın “Səccad” əməliyyat qərargahının komandiri olub. Toqquşma zamanı hərbi kəşfiyyatın əməkdaşı, “Səccad” qərargahının kəşfiyyat rəisi Əhməd Herati Zərayi də öldürülüb.

Toqquşma nəticəsində azı 13 hərbçinin ağır yaralandığı bildirilir.

Son həftələrdə Sistan və Bəlucistanda “Xalq Müqavimət Cəbhəsi” ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların artdığı qeyd olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər