Ukrayna Qrossinin gözünə qorxu saldı, səfərini ləğv etdi

Ukrayna Qrossinin gözünə qorxu saldı, səfərini ləğv etdi
23.09.2026 20:43 Dünya

AEBA rəhbəri Rafael Qrossi Kiyev tərəfindən təhlükəsizlik zəmanətinin olmaması səbəbindən Zaporojye AES-ə səfərini təxirə salmalı olub.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiyanın Venadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

"AEBA-nın baş direktoru və onun komandasının üzvləri avqustun sonunda Zaporojye AES-ə baş çəkməyi planlaşdırırdılar. Lakin Rafael Qrossi Ukrayna tərəfinin stansiyaya təhlükəsiz səfər zəmanəti verməkdən imtina etməsi ilə əlaqədar bu planların həyata keçirilməsini təxirə salmağa məcbur oldu", - deyə o qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər