ABŞ-də neft ehtiyatları 5 illik rekordu qırdı!
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 3 milyon barel artaraq sentyabrın 18-nə 426,4 milyon barel təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən dəqiqləşdirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün orta beşillik göstəricidən 5% yüksəkdir.
Məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin noyabrında təhvil verilməklə "Brent" markalı neftin fyuçers qiyməti 3,4% artaraq bir barel üçün 102,62 dollara, WTI neftinin oktyabr fyuçersinin dəyəri isə 2,3% artaraq bir barel üçün 92,6 dollara yüksəlib.
Aysel Mətləb