Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşdü - DETALLAR

Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşdü - DETALLAR
23.09.2026 22:28 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı təmasları çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı "Türkevi"ndə qəbul edib.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Prezident Ərdoğanın Paşinyanı qəbulu zamanı keçirilən görüşün təfərrüatlarını yayıb.

Yazılı bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Qəbul zamanı Türkiyə ilə Ermənistan arasındakı təmaslar, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesinin dəstəkləndiyini, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini bildirib.

Dövlət başçısı Türkiyə olaraq Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılmasını məmnunluqla qarşıladıqlarını ifadə edib.

Prezident Ərdoğan Ermənistan ilə beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini qeyd edərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib."

20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı təmasları çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı "Türkevi"ndə qəbul edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər