“Şamaxinka”da yüzlərlə insanı çətin vəziyyətdə qoyan lift - VİDEO

“Şamaxinka”da yüzlərlə insanı çətin vəziyyətdə qoyan lift - VİDEO
25.09.2026 23:21 Sosial

Nəsimi rayonunun “Şamaxinka” ərazisində yerləşən piyada keçidində liftin iki aydan artıqdır işləmədiyi iddia olunur.

TodayPress TV-nin redaksiyasına daxil olan şikayətə görə, ərazidəki piyada keçidi qarşı tərəfə keçmək üçün əsas və faktiki olaraq yeganə keçidlərdən biridir. Sakinlərin sözlərinə görə, liftdən hər gün yüzlərlə insan, o cümlədən məktəblilər və yaşlılar istifadə edir.

Şikayətçilər bildirirlər ki, körpünün uzun olması səbəbindən liftin işləməməsi xüsusilə yaşlı insanlar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.

Sakinlər aidiyyəti qurumların məsələyə diqqət yetirməsini və uzun müddətdir işləməyən liftin bərpa olunmasını xahiş edirlər.

Kübra Musayeva

 
XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər