Prezident Transxəzər fiber-optik kabel xəttinin işə salınma tarixini açıqladı

Prezident Transxəzər fiber-optik kabel xəttinin işə salınma tarixini açıqladı
26.09.2026 09:56 Xarici siyasət

Qazaxıstan və Azərbaycan arasında fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara veriləcək.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

"Bu ilin sonunadək biz Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək fiber-optik kabel xəttini istismara verəcəyik. Bu da bizim üstünlüyümüzdür", - Prezident bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər