Millətlər Liqasında böyük duel: Türkiyə evdə uduzdu
UEFA Millətlər Liqasının I turunda növbəti qarşılaşmalar keçirilib.
TodayPress TV xəbər verir ki, A, B və C Liqalarında ümmumilikdə 8 görüş baş tutub.
A Liqasında yer alan Türkiyə millisi evdə Fransanı qəbul edib. Matç qonaqların 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb. Belçika isə səfərdə İtaliyanı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.
Oyunların nəticələri:
Türkiyə - Fransa – 0:1
İtaliya – Belçika - 0:2
Macarıstan – Ukrayna – 0:1
Polşa - Bosniya və Herseqovina – 0:0
İsveç – Rumıniya – 2:1
Gürcüstan - Şimali İrlandiya – 0:1
Ermənistan - Latviya - 2:0
Monteneqro - Kipr - 2:1