“Mançester Siti”nin başı dərddə: Premyer Liqadan qovula bilər

“Mançester Siti”nin başı dərddə: Premyer Liqadan qovula bilər
25.09.2026 18:45 İdman

“Mançester Siti” İngiltərə Premyer Liqasından kənarlaşdırılma təhlükəsi ilə üzləşə bilər.

TodayPress TV xəbər verir ki, “The Athletic”in məlumatına görə, klub Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan biri istisna olmaqla, digər bütün ittihamlar üzrə təqsirli bilinib.

Kluba tətbiq olunacaq cəza hələ müəyyənləşdirilməyib. Mümkün sanksiyalar arasında cərimə, xal silinməsi və hətta “Mançester Siti”nin Premyer Liqadan xaric edilməsi də var.

Məlumata görə, klubun qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. “Mançester Siti” isə ittihamları indiyədək ardıcıl şəkildə rədd edib.

Kluba qarşı ittihamlar 2023-cü ilin fevralında irəli sürülüb və 2009–2018-ci illəri əhatə edir. İttihamlar arasında maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, həmçinin UEFA və Premyer Liqanın maliyyə qaydalarının pozulması da yer alır.

Şeyx Mənsurun rəhbərliyi dövründə “Mançester Siti” çoxsaylı yerli turnirlərdə qalib gəlib və UEFA Çempionlar Liqasını da qazanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər