Vaşinqton bu planı qəbul etsə... - Hörmüzdə gəmiçilik bərpa olunur?

Vaşinqton bu planı qəbul etsə... - Hörmüzdə gəmiçilik bərpa olunur?
26.09.2026 01:43 Dünya

İran ABŞ-yə Qətər vasitəsilə Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı yeddi günlük plan təqdim edib.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, zəruri şərtlər yerinə yetirilərsə, boğaz yeddi gün ərzində yenidən açılacaq və normal gəmiçilik bərpa olunacaq.

Əraqçi bildirib ki, yeddi günlük müddət ABŞ-nin planı qəbul etdiyi andan başlayacaq. Onun sözlərinə görə, sənəddə ABŞ tərəfindən həyata keçirilməli olan müəyyən tədbirlər nəzərdə tutulub və bunların 4-5 gün ərzində reallaşdırılması mümkündür.

Nazirin sözlərinə görə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə ABŞ ilə yekun saziş üzrə danışıqlara başlanılacaq.

Əraqçi qeyd edib ki, ABŞ-dən tələb olunan tədbirlər yeni deyil və artıq anlaşma memorandumunda öz əksini tapıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər