"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırdı

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırdı
26.09.2026 00:30 İdman

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, Seymur Məmmədovun baş məşqçi olduğu komanda 1/4 finalda Macarıstan təmsilçisi "The Private Rooftop"la üz-üzə gəlib.

Əsas vaxtı 0:0 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqib daha dəqiq olub - 2:0.

Beləliklə, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri əliboş tərk edib.

Xatırladaq ki, daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər