Fransada qırıcı istehsal edilən zavodda TƏXRİBAT

Fransada qırıcı istehsal edilən zavodda TƏXRİBAT
26.09.2026 07:00 Dünya

Paris yaxınlığında "Rafale" qırıcılarının istehsal edildiyi zavodun əməkdaşı istehsalatda təxribat törətmək işi üzrə saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Dassault Aviation” şirkəti ötən ilin sonunda İle-de-Frans bölgəsinin Serji kommunasındakı zavodda "Rafale" qırıcısının yığılması zamanı ona zərər vurulması ilə bağlı şikayət edib.

Bənzər hadisə 2026-cı ilin iyununda da baş verib. Hadisə qırıcılardan birinin yığıldığı istehsalat sexində qeydə alınıb. Qəzetin məlumatına görə, zavodun əməkdaşı sentyabrın ortalarında saxlanılıb.

İlkin olaraq istehsalatda mümkün təxribatla bağlı şübhələr yaranıb. Lakin aylarla davam edən araşdırmadan sonra hüquq-mühafizə orqanları əsas versiya kimi müəssisədəki əməkdaşlar arasındakı münaqişəni nəzərdən keçirirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər