Prezident Azərbaycan iqtisadiyyatının potensialından danışdı

Prezident Azərbaycan iqtisadiyyatının potensialından danışdı
26.09.2026 09:11 Xarici siyasət

Azərbaycan iqtisadiyyatı çox böyük bir potensiala malikdir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

O bildirib ki, burada digər mühüm amillər də var:

"Dövlət sənayeləşməyə xüsusi diqqət yetirir. Bir neçə gün əvvəl dövlət proqramı da qəbul olunub və orada bir çox tədbirlər nəzərdə tutulub.

Bunlar bizim ölkəmizin əsas istiqamətləridir, iqtisadi inkişaf istiqamətləridir. Eyni zamanda, neft-qaz sektoru da iqtisadiyyatımızın mühüm hissəsidir. Bu, yerli şirkətlərin inkişafına da imkan yaradır və artıq bir çox yeni iqtisadi imkanlar formalaşır.

Neft-qaz sektoru yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir və böyük rifah yaradacaq. Bundan əldə olunan gəlirlər hesabına yenidən investisiyalar həyata keçiriləcək".

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər