"Batman" gerçək həyatda peyda oldu, qadınların köməyinə çatdı

"Batman" gerçək həyatda peyda oldu, qadınların köməyinə çatdı
26.09.2026 05:20 Maraqlı

Böyük Britaniyanın Norviç şəhərində 25 yaşlı Sonni Meyson "Batman" kostyumunda qatıldığı məclisdən sonra gözlənilmədən oğrunun təqibində iştirak edib.

TodayPress TV xəbər verir ki, hadisə gəncin dostları ilə birlikdə barın qarşısında növbədə dayandığı zaman baş verib.

Naməlum şəxs əvvəlcə iki qadını siqaret oğurlamaqda ittiham edib, daha sonra qadınlardan birinin çantasını götürərək qaçıb.

Meyson onun arxasınca düşüb. Təqibə “Mister Fantastik”, “Zəhərli Sarmaşıq” və “İks-adamlar” filmindəki Siklop kostyumlarında olan dostları da qoşulub.

Qrup kişiyə çatanda çanta artıq onun yanında olmayıb. Daha sonra çanta Norviç kafedralının ərazisinin yaxınlığındakı divarın üzərində tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları "Batman" kostyumunda olan Meysona hasardan keçərək çantanı götürməyə icazə veriblər. Çantadakı bütün əşyaların yerində olduğu müəyyənləşib və çanta sahibinə qaytarılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər