Əsrlərdir inandığımız mif darmadağın oldu: Gecə və gündüz bərabər deyilmiş

Əsrlərdir inandığımız mif darmadağın oldu: Gecə və gündüz bərabər deyilmiş
23.09.2026 17:58 Maraqlı

Payız gecə-gündüz bərabərliyi günü — sentyabrın 23-də gündüzün və gecənin əslində tam olaraq 12 saat davam etmədiyi məlum olub.

TodayPress TV xəbər verir ki, “EarthSky” portalının mütəxəssisləri bunun əsas səbəblərinin atmosfer refraksiyası və Günəşin nöqtə deyil, disk formasında görünməsi olduğunu açıqlayıblar. Bu amillər nəticəsində insanlar gözləniləndən təxminən 8 dəqiqə daha çox gün işığı alırlar.

Cəmiyyətdə gecə-gündüz bərabərliyi zamanı gündüzün və gecənin tam 12 saat davam etməsi fikri geniş yayılıb. Lakin astronomlar bildirirlər ki, orta enliklərdə işıqlı vaxt həmişə bir qədər uzun olur.

Bunun ilk səbəbi Günəşin nöqtəvi işıq mənbəyi deyil, disk şəklində görünməsidir. Astronomiyada günəşin doğması səma cisminin üst kənarının üfüqə ilk toxunduğu, batması isə diskin son kənarının üfüqdən itdiyi an hesablanır. Bu isə gündüz vaxtına əlavə təxminən 2,5 dəqiqə qazandırır.

Daha mühüm səbəb isə atmosfer refraksiyası, yəni işıq şüalarının sınmasıdır. Yer atmosferi nəhəng linza kimi fəaliyyət göstərərək Günəşin diskini üfüqdən təxminən yarım dərəcə yuxarıda göstərir. Nəticədə Günəşi üfüq xəttində gördüyümüz zaman o, həndəsi baxımdan artıq Yer səthinin arxasında olur.

Bu optik effekt günəşin daha tez doğmasına və daha gec batmasına səbəb olaraq işıqlı vaxtın müddətinə təxminən 6 dəqiqə əlavə edir. Beləliklə, gecə-gündüz bərabərliyi günündə gündüz 12 saatdan bir qədər uzun çəkir.

Gündüz və gecənin həqiqətən bərabər olduğu tarix isə “ekviloks” adlanır. Şimal yarımkürəsində bu hadisə payız bərabərliyindən bir neçə gün sonra, yaz bərabərliyindən isə bir neçə gün əvvəl baş verir.

Ekviloksun dəqiq tarixi konkret ərazinin coğrafi enliyindən asılıdır. Məsələn, ekvatorda belə bir gün prinsip etibarilə mövcud deyil, çünki burada il boyu gündüzün müddəti 12 saatdan bir qədər uzun olur.

Gecə-gündüz bərabərliyi ilə ekviloks arasındakı əsas fərq ondan ibarətdir ki, gecə-gündüz bərabərliyi Günəşin mərkəzinin göy ekvatorunu keçdiyi konkret astronomik andır və bu an bütün planet üçün eynidir.

Beləliklə, payız bərabərliyi günündə işıq və qaranlığın ideal şəkildə 12 saatlıq bölünməsi barədə təsəvvür yalnız geniş yayılmış mifdir. Atmosferdə işıq şüalarının sınması və Günəşin görünən ölçüləri nəticəsində gündüz vaxtı bir qədər uzun olur.

Qeyd edək ki, payız bərabərliyi astronomik baxımdan fəsillərin dəyişməsini göstərən mühüm tarixlərdən biridir.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər