Hüquqşünaslığı atdı, it gəzdirməklə VARLANDI

Hüquqşünaslığı atdı, it gəzdirməklə VARLANDI
23.09.2026 07:50 Maraqlı

Böyük Britaniyada yaşayan Liz İst hüquqşünas karyerasını ataraq it gəzdirmə biznesinə başlayıb. O, hazırda daha çox qazandığını və əvvəlkindən təxminən iki dəfə az işlədiyini deyir.

TodayPress TV xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

İst kriminal müdafiə sahəsində hüquqşünas köməkçisi kimi çalışıb. İş günlərinin 12 saatdan çox davam etdiyini, Londona gedib-gəlməyin isə əlavə iki saat vaxt apardığını bildirib.

Hazırda o, gündə təxminən 4 dəfə it gəzdirir və 20-30 itə xidmət göstərir. Bir it üçün saatlıq xidmət haqqı təxminən 19 dollar təşkil edir. İst gün ərzində 530 dollara qədər qazandığını deyir.

O, yeni işində əvvəlki sahədən daha çox qazandığını və iş yükünün təxminən iki dəfə azaldığını bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər