Kartellər göyə də çıxdı: Dronlar işə düşdü

Kartellər göyə də çıxdı: Dronlar işə düşdü
24.09.2026 02:54 Dünya

Meksikadakı narkokartellər qabaqcıl pilotsuz uçuş aparatlarından istifadəsini sürətlə genişləndirir.

TodayPress TV xəbər verir ki, “The Washington Post”un məlumatına görə, ABŞ kəşfiyyatı Rusiya-Ukrayna müharibəsindən qayıdan döyüşçülərin döyüş meydanında əldə etdikləri təcrübəni cinayətkar təşkilatlara ötürdüyü barədə xəbərdarlıq edib.

Kartellərin dron operatorlarının hazırlanması üçün kolumbiyalı veteranları cəlb etdiyi, radioelektron mübarizə vasitələrindən yayınma üsullarını öyrəndiyi və daha ağır partlayıcı yük daşıya bilən iri pilotsuz uçuş aparatları əldə etdiyi bildirilir.

Meksikalı kəşfiyyat nümayəndələrinin sözlərinə görə, ən azı bir kartelin 150 funtdan, yəni təxminən 68 kiloqramdan çox yük daşıya bilən dronları var.

Digər kartelin isə Çindən üzərində tüfəng quraşdırıla bilən pilotsuz uçuş aparatları aldığı qeyd olunur.

ABŞ və Meksika rəsmiləri xəbərdarlıq edirlər ki, mövcud dronlarla mübarizə vasitələri kartellərin sürətlə dəyişən taktikasına çatdırılmır.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər