Cənubi Afrikalı araşdırmaçı qeyri-adi şəkildə yoxa çıxdı - FOTO

Cənubi Afrikalı araşdırmaçı qeyri-adi şəkildə yoxa çıxdı - FOTO
21.09.2026 06:10 Maraqlı

Cənubi Afrikalı araşdırmaçı jurnalist Mika Reddi xidməti ezamiyyət zamanı Cibutidə itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Daily Maverick” məlumat yayıb.

Məlumata görə, jurnalistlə birlikdə onun Cibutidəki köməkçisi Kuki Mahmud da yoxa çıxıb. Böyük Britaniya və Cənubi Afrika hökumətləri onların taleyini aydınlaşdırmaq üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa çalışıblar.

Reddi Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunda (ICIJ) çalışıb. Təşkilat dünya miqyasında korrupsiya ilə bağlı bir sıra genişmiqyaslı araşdırmalar aparıb.

ICIJ-in baş redaktoru Ferqus Şil bildirib ki, Reddi Cibuti ilə bağlı reportaj hazırlamırdı. O, uzunmüddətli araşdırma üçün məlumat toplamaq məqsədilə ölkəyə gedib.

Təşkilatın məlumatına görə, Reddi sentyabrın 17-də Yohannesburqdan Cibutiyə gəlib. O, “Escale International Hotel”də yerləşib, lakin ölkədə üç gündən çox qalmamalı idi. Jurnalist sonuncu dəfə köməkçisinin gəlişindən əvvəl həmkarları ilə əlaqə saxlayıb və vəziyyətinin yaxşı olduğunu bildirib.

“Bu, beynəlxalq otelin foyesindən bir insanın yoxa çıxması baxımından çox qeyri-adi haldır. Cibuti hakimiyyətindən Mikanın harada olduğunu açıqlamağı tələb edirik. Onun saxlanıldığından şübhələnirik və geri qaytarılmasını istəyirik”, – deyə Şil deyib.

Aysel Mətləb


XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər