Vaşinqtonda pərdə bağlandı: İran ABŞ-yə sözünü dedi

Vaşinqtonda pərdə bağlandı: İran ABŞ-yə sözünü dedi
21.09.2026 21:04 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ administrasiyasını informasiya əldə etmək imkanlarını məhdudlaşdırmaqda ittiham edib.

TodayPress TV-nin məlumatına görə, Bəqai bildirib ki, ABŞ administrasiyasının bəzi amerikalı jurnalistlərin, eləcə də xarici müxbirlərin ölkəyə girişinə və fəaliyyətinə mane olması həqiqəti gizlətmək və dezinformasiyanı yaymaq cəhdidir.

“Administrasiya qapılarını tamamilə bağlayanda, hətta hansısa səbəbdən bəyənmədiyi amerikalı jurnalistləri belə içəri buraxmayanda və İran Prezidentinin mətbuat xidmətinin nümayəndələri də daxil olmaqla xarici müxbərlərin fəaliyyətinə imkan verməyəndə söhbət artıq girişin təşkilindən getmir. Bu, həqiqəti gizlətmək və dezinformasiya kampaniyasını gücləndirmək cəhdidir”, – deyə İran XİN sözçüsü vurğulayıb.

Bəqai əlavə edib ki, vaxtilə “dəmir pərdəni” dağıtması ilə fəxr edən ölkə indi özü belə bir “pərdənin” arxasında qalıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər