Şimali Kiprdəki gəmi qəzasında azərbaycanlılarla bağlı YENİ QƏRAR
Şimali Kipr sahillərində baş verən gəmi qəzası işi ilə bağlı üçü Azərbaycan vətəndaşı da daxil olmaqla doqquz nəfərin həbs müddəti daha yeddi gün uzadılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"a saxlanılanlardan biri Rəşad İbrahimovun bacısı Türkan Təhməzova məlumat verib.
Bu qərar Şimali Kipr Türk Respublikasında (ŞKTR) aparılan istintaqın bir hissəsi olaraq keçirilən başqa bir məhkəmə iclasından sonra verilib.
Növbəti məhkəmə iclası sentyabrın 25-də keçiriləcək.
Xatırladaq ki, 30 avqustda Şimali Kiprin Girne sahillərində gəmi batıb. 239 nəfər xilas edilib. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin axtarışı davam edir.