Fransada vəziyyət qızışır: "Makrondan qorunmaq lazımdır..."
Fransanın “Patriotlar” partiyasının lideri, 2027-ci il prezident seçkilərində namizəd Florian Filippo fransızların mövcud olmayan hibrid təhdidlərdən deyil, ölkə Prezidenti Emmanuel Makronun siyasətindən qorunmağa ehtiyacı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Filippo bu barədə Fransada kritik infrastrukturun hibrid hücumlardan qorunması ilə bağlı prezidentin təklif etdiyi planı şərh edərkən “X” sosial şəbəkəsində yazıb.
“İlk növbədə, fransızlara Makrondan müdafiə planı lazımdır”, – Filippo qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Makron Fransa hökumətinin ölkənin kritik əhəmiyyətli infrastrukturunu mümkün dron və kiberhücumlardan qorumaq üçün plan hazırlayacağını açıqlayıb.
Qiymət Mahir