1960-cı ildən sonra yeni era: Roma Olimpiya Oyunlarını qaytarmaq niyyətindədir!
Roma merı Roberto Qualtyeri İtaliya paytaxtının 2036 və ya 2040-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarını qəbul etmək üçün namizədliyini irəli sürə biləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
“İdman yarışları iqtisadi artımın və urbanistik inkişafın əsas hərəkətverici qüvvəsidir. Biz hazırda kiçik idman meydançalarının və stadionların layihələri üzərində işləyirik. “Roma”nın stadion layihəsi irəliləyir, eyni zamanda 2032-ci il Futbol üzrə Avropa Çempionatını nəzərə alaraq “Latsio”nun layihəsi ilə də məşğul oluruq. Bütün bunlar 2036 və ya 2040-cı illər üçün irəli sürmək istədiyimiz Olimpiya namizədliyimizi daha da möhkəmləndirir”, - deyə Qualtyeri bildirib.
Xatırladaq ki, Olimpiya Oyunları daha əvvəl 1960-cı ildə Romada təşkil olunub.
Namiq HUN