Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü

Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada öldü
21.09.2026 17:00 Hadisə

Lənkəranda üç gün əvvəl döyülən 16 yaşlı yeniyetmə xəstəxanada ölüb.

TodayPress TV bu barədə "Report"un Cənub bürosuna istinadən xəbər verir.

Belə ki, tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alan Kərgəlan kənd sakini Emil İbadov kəllədaxili travma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.

Ancaq həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 21-də xəstəxanada həyatını itirib.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B isə bir gün sonra saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər