“Mercedes”də psixoloji müharibə: Həmilton komanda yoldaşını necə sıradan çıxarırdı?
“Force India”, “Racing Point” və “Aston Martin” komandalarının keçmiş rəhbəri Otmar Zafnauer hazırda “Ferrari”də çıxış edən “Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Mercedes”də yarışıdıqları illərdə Niko Rosberqə necə psixoloji təzyiq göstərdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Zafnauer “High Performance Racing” podkastında bildirib”
“Rosberq yarışdan əvvəl top vasitəsilə hazırlaşmağı sevirdi. Bu, ehtimal ki, onu rahatlaşdırır və reaksiyasını məşq etdirirdi. Səncə, Lyuis nə edirdi? Topu gizlədirdi.
O, həmçinin bilirdi ki, Nikoya sessiyadan əvvəl qısa fasilə və tualetə getmək lazım ola bilər. O, pilotlar üçün nəzərdə tutulmuş tualetə daxil olur və içəridə qalaraq Rosberqin oraya girməsinə imkan vermirdi”.
Namiq HUN