İyun ayında gəldi, sentyabrda getdi: Naxçıvan klubunda baş məşqçi şoku!
“Araz-Naxçıvan” klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla müqaviləyə xitam verib.
TodayPress TV xəbər ver ir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssislərlə qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında komandanın baş məşqçisi postuna təyin olunmuşdu.
Xatırladaq ki, bu, cari mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınan ikinci baş məşqçi istefasıdır. Bundan əvvəl “Qəbələ” klubu gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze ilə yolları ayırmışdı.
Namiq HUN