Moldova və Yaponiya oyunları öncəsi ciddi sınaq: Millimiz “Qəbələ”yə qarşı!
Azərbaycanın U-20 millisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
TodayPress TV AFFA-ya istinadən xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv “Qəbələ” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, U-20 Qəbələdəki hazırlıq çərçivəsində oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.
Namiq HUN