Lukaşenko Qərbə üz tutdu – "Satmağa bir ton belə malımız yoxdur"

Lukaşenko Qərbə üz tutdu – "Satmağa bir ton belə malımız yoxdur"
21.09.2026 17:37 Dünya

Belarus Qərb bazarlarına tədarük etmək üçün sərbəst kalium gübrəsi həcminə malik deyil. Ölkədə istehsal olunan bütün məhsul artıq müqavilə ilə satılıb.

TodayPress TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski ilə görüşündə bildirib. Məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.

Lukaşenkonun sözlərinə görə, Belarus əmtəə axınlarını şərq istiqamətinə yönəldə bilib. O, ABŞ ilə davam edən danışıqları da bunun təsdiqi kimi göstərib.

“Biz hətta kaliumu başqa istiqamətlərə, Qərb bazarlarına tədarük etmək istəsəydik belə, bunun üçün sadəcə həcmlər yoxdur – hamısı müqavilə ilə satılıb”, – Lukaşenko deyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər