Norrisdən qalmaqallı çıxış: Pilotların bəhanələrini ifşa etdi!

Norrisdən qalmaqallı çıxış: Pilotların bəhanələrini ifşa etdi!
21.09.2026 17:45 İdman

Dünya çempionu, “McLaren”in britaniyalı pilotu Lando Norris padokda geniş yayılan “yeni Formula-1” bolidlərinin bəzi sürücülərə digərlərindən daha çox uyğun gəlməsi" ilə bağlı fikirləri kəskin tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. 

“Bu maşınların bəzi pilotlara daha çox uyğun gəldiyi barədə söhbətlər eşitmişəm. Bu fikir ilə tamamilə razı deyiləm. Sürücü kimi bizim işimiz uyğunlaşmaqdır. Bize milyonlarla məbləğ məhz uyğunlaşmaq üçün ödənilir. Hesab edirəm ki, bu il tam fərqli bir bolidə uyğunlaşmaq üçün çox yaxşı iş görmüşəm. Məncə, bu tapşırığın öhdəsindən əksər sürücülərdən daha yaxşı gəlirəm”, - deyə Norris bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər