Çin Aİ-ni öz qazdığı tələdən çıxartmaq istəyir - "Müharibə aparmayaq"
Çin və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlar kimi bir-birinə qarşı ticarət müharibəsi başlatmamalıdır.
TodayPress TV xəbər verir ki, bu barədə ÇXR-nin xarici işlər naziri Van İ bildirib.
Onun sözlərinə görə, Pekin dialoq və məsləhətləşmələr yolu ilə qarşılıqlı narahatlıq doğuran məsələləri həll etmək üçün Brüssel ilə yaxınlaşmanın tərəfdarıdır:
"Ümid edirik ki, Almaniya rasional və praqmatik yanaşmanı qoruyub saxlayacaq, Avropa İttifaqında fəal rol oynayacaq, Aİ-nin azad ticarət prinsiplərinə əməl etməsinə, proteksionizmdən imtina etməsinə və açıq əməkdaşlıq, dialoq və məsləhətləşmələrin düzgün yolu ilə getməsinə kömək edəcək".
Aysel Mətləb