Pekin Tayvan münaqişəsinə Berlinin də adını qatdı
Çin hakimiyyəti Almaniyanın Tayvan boğazında sülhün qorunub saxlanılmasına kömək edəcəyinə ümid edir.
TodayPress TV xəbər verir ki, bu barədə ÇXR-nin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə telefon danışığı zamanı bildirib.
O vurğulayıb ki, "vahid Çin" prinsipinə əməl olunması iki ölkə arasındakı münasibətlərin siyasi əsasını təşkil edir:
"Ümid edirəm ki, Almaniya tərəfi iki dövlət arasında qarşılıqlı etimad və dostluq ənənələrini yüksək qiymətləndirəcək və möhkəmləndirəcək, "vahid Çin" prinsipinə dəqiqliklə riayət edəcək, konkret addımlarla Çin-Almaniya münasibətlərini, Tayvan boğazında sülhü və sabitliyi qoruyacaq".
Van İ, həmçinin Berlinin yüksək səviyyədə ikitərəfli əməkdaşlıq üçün zəruri şərait yaradacağına ümid etdiyini bildirib.
Aysel Mətləb