1979-dan bəri görünməmiş hal: Tehranda nə baş verir?
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts İran rejiminin 1979-cu ildən bəri ən zəif vəziyyətində olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Uolts xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövcud vəziyyəti və rejimin öz təbliğatına inanıb-inanmadığı barədə sualların yarandığını deyib.
Onun sözlərinə görə, “Hizbullah”, HƏMAS və digər İranın dəstəklədiyi qruplaşmalar əvvəlki dövrlə müqayisədə kifayət qədər maliyyə vəsaiti ala bilmədiklərindən şikayətlənirlər.
Uolts İran rejiminin zəifləməkdə davam etdiyini vurğulayıb.
Kübra Musayeva