Qrenlandiya söhbətinə NATO da qoşuldu
Danimarka, Qrenlandiya və ABŞ arasında Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı yeni saziş imzalanacaq.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Arktikadakı təhlükəsizliyə görə məsuliyyətin yalnız Danimarka və ABŞ-nin üzərinə düşməyəcəyini, NATO-nun da bu məsələdə mühüm rol oynayacağını bildirib.
Sazişin məzmunu hələ açıqlanmayıb. Yeni razılaşmanın ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun hüquqi əsasını təşkil edən 1951-ci il sazişinə dəyişiklik edib-etməyəcəyi də məlum deyil.
Kübra Musayeva