Salyanda avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

Salyanda avtomobil piyadanı vuraraq öldürdü - VİDEO
21.09.2026 23:15 Hadisə

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü İsayev Nəcəfxan Qılınc oğlu yolu keçmək istəyən zaman "Audi" markalı avtomobil onu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər