Rusiyanın PUA-ları havaya qalxdı, Polşa qırıcıları işə düşdü

Rusiyanın PUA-ları havaya qalxdı, Polşa qırıcıları işə düşdü
22.09.2026 02:08 Dünya

Polşa Ukraynaya Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda aviasiyanı havaya qaldırıb.

TodayPress TV xəbər verir ki, Ukraynaya qarşı həyata keçirilən PUA hücumları fonunda Polşa Silahlı Qüvvələri aviasiyanı havaya qaldırıb.

“Lubelskie” voyevodalığında yaşayan sakinlərə isə xəbərdarlıq göndərilərək vəziyyətlə bağlı növbəti məlumatları izləmələri tövsiyə olunub.

Bundan əlavə, “Latviya Silahlı Qüvvələri”nin məlumatına görə, hava təhlükəsi səbəbindən NATO aviasiyası Latviyanın sərhədi yaxınlığında da havaya qaldırılıb.

Hadisə Ukraynaya qarşı PUA hücumlarının regionda hava məkanına nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olduğu bir vaxtda baş verib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər