Sosial şəbəkələrdə çox vaxt keçirirsinizsə, bunu bilin
Sosial şəbəkələrdə gündə 2,5 saatdan çox vaxt keçirən insanlarda depressiya əlamətlərinin daha çox müşahidə olunduğu müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Sinsinnati Universiteti və Şimal-Qərb Universitetinin alimləri 11 il ərzində böyüklər arasında keçirilmiş 183 min sorğunun nəticələrini araşdırıblar.
Araşdırmaya görə, sosial şəbəkələrdə gündə ən azı 150 dəqiqə vaxt keçirən şəxslərdə depressiya əlamətlərinə daha çox rast gəlinib.
Alimlər sosial şəbəkələrdə keçirilən vaxtın iş, təhsil, videooyunlar, televiziya izləmək və internetdə adi axtarışlarla müqayisədə depressiya əlamətləri ilə daha güclü əlaqəyə malik olduğunu bildiriblər.
Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, araşdırma yalnız əlaqəni ortaya qoyur. Nəticələr sosial şəbəkələrdən istifadənin birbaşa depressiyaya səbəb olduğunu sübut etmir.
Kübra Musayeva