U-21 millimiz Çexiya ilə heç-heçə etdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, B qrupunda mübarizə aparan U-21 millimiz “Əlincə Arena”da Çexiya yığmasını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Millimizin heyətində qolu Eşqin Əhmədov vurub.
Qeyd edək ki, U-21 millimiz seçmə mərhələdə növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı keçirəcək.