Avropa çempionatında böyük uğur! Boksçumuz fəxri kürsüyə qalxdı
Azərbaycan boksçusu Nəbi İsgəndərov Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan Boks Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, N.İsgəndərov 70 kq çəki dərəcəsində mübarizədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.