Deputat Səhiyyə Nazirliyini tənqid etdi, nazirlikdən cavab gəldi
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə nazirinin bölgələrdə keçirdiyi vətəndaş qəbullarının təşkilindən narazılıq etməsi Səhiyyə Nazirliyinin reaksiyasına səbəb olub.
Səhiyyə Nazirliyindən TodayPress TV-yə verilən açıqlamada deputata cavab verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Məlumatda qeyd olunub ki, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir.
Xatırladaq ki, deputat səhiyyə nazirinin rayonlarda keçirdiyi vətəndaş qəbullarının təşkilini tənqid edib. Onun sözlərinə görə, qəbul zamanı təhlükəsizlik və təşkilati məhdudiyyətlər səbəbindən real şikayəti olan vətəndaşlar nazirə yaxınlaşa bilmirlər.
Türkan İsgəndərli