Yağış suyu şəhərləri istidən xilas edə bilər
Ekstremal istilərlə mübarizədə yağış sularından istifadə yeni həll yolu kimi təklif olunur.
TodayPress TV xəbər verir ki, Mançester Universitetinin araşdırmasına görə, damlardan toplanan yağış suyunun isti havalarda binaların üzərinə strateji şəkildə püskürdülməsi damların temperaturunu aşağı sala, kondisionerlərə tələbatı və enerji sərfiyyatını azalda bilər.
Tədqiqatçılar bildirirlər ki, kondisionerlərin daha az işləməsi şəhərlərdə havaya buraxılan əlavə istiliyin də azalmasına səbəb ola bilər. Araşdırmada bu üsulun xüsusilə daha isti illərdə effektiv ola biləcəyi vurğulanıb.
Alimlər həmçinin qeyd edirlər ki, yağış suyunun toplanması güclü yağışlar zamanı şəhərlərdə su basması riskinin azaldılmasına da kömək edə bilər.
Kübra Musayeva