Dalğıclar 400 illik sirri üzə çıxardı: Dənizin dibində nə tapıldı?

Dalğıclar 400 illik sirri üzə çıxardı: Dənizin dibində nə tapıldı?
02.10.2026 02:54 Maraqlı

Almaniyanın şimalındakı Qrayfsvald körfəzində qazıntı işlərinə hazırlıq zamanı dalğıclar təxminən 400 il əvvəl batmış gəminin qalıqlarını aşkarlayıblar.

TodayPress TV  xəbər verir ki, dalğıclar Baltik dənizində qaz kəmərinin çəkilişi üçün dibi təmizləyərkən gəminin ayaqqabı altlıqları, yelkən avadanlığına aid hissələr və paslanmış lövbərini tapıblar.

Arxeoloqlar 12 gün ərzində 22 sualtı dalış həyata keçirərək 60-dan çox artefaktı qeydə alıblar. Araşdırmaya görə, gəminin tikintisində istifadə olunan ağac 1626–1639-cu illər arasında kəsilib.

Gəminin niyə batdığı isə hələ məlum deyil. Taxta hissələrdə yanıq izləri aşkarlansa da, tədqiqatçılar bununla bağlı dəqiq nəticə çıxarmağa tələsmirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər