Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR

Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR
01.10.2026 23:49 İdman

Açılış mərasiminin ardınca üzgüçülük üzrə "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun ilk yarış gününün axşam seansı start götürüb.

TodayPress TV xəbər verir ki, 12 kateqoriya üzrə final yarışları keçirilib. Azərbaycan təsmilçilərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə çıxış ediblər.

Təmsilçilərimizdən Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst üsulla yarışda, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləyiblər.

Günün əsas hadisəsinə Kemeron Makevoy imza atıb. Avstraliya təmsilçisi 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik göstərici ilə Dünya Kuboku tarixinin rekordçusu olub.

İlk günün final sesiyasının nəticələri:

Kişilər

Sərbəst üsulu ilə 400 metr – 1.Karson Foster 2.Lukas Anvo 3.Yubo He

Arxası üstə üsulu ilə 200 metr - 1.Piter Kutsi 2.Bleyk Terni 3.Dmitri Savenko

Kəpənək üsulu ilə 100 metr - 1.Cuner Çen 2.So Oqata 3.Daylen Karter

Brass üsuli ilə 100 metr - 1. Kiril Priqoda 2.Kasper Korbo 3.Haiyan Qin

Sərbəst üsul ilə 50 metr – 1.Kemeron Makevoy. 2.Yeqor Kornev 3.Şon Nivold

Qarışıq üsulu ilə 100 metr - 1.Luke Barr 2.Şeyn Kazas 3.Piter Kutsi

Qadınlar

Sərbəst üsul ilə 400 metr – 1.Freya Kolbert 2.Anna Peplovski 3.Tiaoşan Yan

Arxası üstə üsulu ilə 50 metr - 1. Marrit Stinbergen 2.Mariya Osetrova 3.Ros Vanotterdiyk

Kəpənək üsulu ilə 200 metr - 1.Mohan Çanq 2.Ellen Ualş 3. Xiyanq Zhou

Brass üsulu ilə 200 metr - 1.Yevgeniya Çikunova 2.Mona Mak Şerri 3.Vitalina Simonova

Sərbəst üsulu ilə 50 metr - 1.Katarjina Vasik 2.Siobhan Höge 3.Taylor Rak

Qarışıq üsulu ilə 100 metr - 1.Marrit Stinbergen 2.Rus Vanotterdiyk 3.Yitinq Yu

Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.

FOTOLAR

Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 1
Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 2
Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 3
Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 4
Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 5
Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR — 6
XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər