Bakıdakı möhtəşəm qələbə Rasseli coşdurdu: Titil yarışı yenidən alovlanır!

Bakıdakı möhtəşəm qələbə Rasseli coşdurdu: Titil yarışı yenidən alovlanır!
01.10.2026 17:30 İdman

“Mersedes”in britaniyalı pilotu Corc Rassell “Formula-1” üzrə Azərbaycan Qran-prisindəki qalibiyyətdən sonra nəhayət komanda yoldaşı Andrea Kimi Antonelli ilə çempionluq uğrunda mübarizə apara biləcəyinə inandığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “FormulaPassion” nəşri məlumat yayıb. 

“Əvvəllər sabit çıxış etmədiyimi düşündüyüm üçün qələbə uğrunda mübarizə apara biləcəyimi tam hiss etmirdim. Lakin indi hər yarışda birinci yerə iddialı ola biləcəyimi anlayıram. Əlbəttə, çempionatdakı xal fərqi kifayət qədər böyükdür, lakin mövsümün yalnız üçdə iki hissəsi geridə qalıb. Önümüzdə hələ hər şeyin baş verə biləcəyi üçdə bir hissə var”, - deyə Rassel bildirib. 

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər