Güclü yağış, sel və dolu gözlənilir

Güclü yağış, sel və dolu gözlənilir
01.10.2026 16:22 Sosial

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.


XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər