İsveç Rusiyanı yer üzündən siləcəyini dedi

İsveç Rusiyanı yer üzündən siləcəyini dedi
01.10.2026 16:44 Dünya

İsveç Rusiyanın mümkün hücumu halında yalnız müdafiə ilə kifayətlənməməyi və düşmən ərazisinin dərinliyindəki hədəflərə zərbələr endirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə İsveç Hərbi Hava Qüvvələrinin Hava Döyüşləri Mərkəzinin rəhbəri, polkovnik Karl Berqvist bildirib.

Onun sözlərinə görə, yeni strategiya qabaqlayıcı hücumları deyil, çəkindirmə məqsədilə potensial təcavüzkara müharibənin yalnız İsveç ərazisi ilə məhdudlaşmayacağı mesajının verilməsini nəzərdə tutur.

Berqvist qeyd edib ki, İsveç bu strategiyanı hazırlayarkən Ukraynanın müharibə təcrübəsindən də istifadə edir. Xüsusilə aerodromlara, qərargahlara və logistika obyektlərinə uzaqmənzilli zərbələrin qarşı tərəfin əməliyyatlarını erkən mərhələdə məhdudlaşdırmasında mühüm rol oynadığı bildirilir.

İsveçin planlarına “Gripen” qırıcılarının uzaqmənzilli zərbə imkanlarının artırılması və 500 kilometrdən çox mənzilli “Taurus” raketlərinin inteqrasiyası da daxildir.

Bundan əlavə, İsveç ordusunun 2 min kilometrədək mənzilli raketlər əldə etmək imkanlarını araşdırdığı bildirilir. Qeyd edək ki, Stokholmla Moskva arasındakı məsafə təxminən 1200 kilometrdir.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər