U-17 qızlar millimiz üçün ağır turnir: İrlandiya zərbəsindən sonra Kosovodan da məğlubiyyət!

U-17 qızlar millimiz üçün ağır turnir: İrlandiya zərbəsindən sonra Kosovodan da məğlubiyyət!
01.10.2026 16:50 İdman

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsinin B Liqasının B1 qrupundakı növbəti matçında Kosovo seçməsi ilə üz-üzə gəlib. 

TodayPress TV xəbər verir ki, şiddətli mübarizə və bol qollu keçən qarşılaşma Kosovo futbolçularının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandamız ilk turda İrlandiya yığmasına 0:16 hesabı ilə böyük fərqlə uduzmuşdu. İkinci matçda 3 qol vurmağa müvəffəq olsalar da, müdafiədəki problemlər komandanın xal qazanmasına imkan verməyib. 

Azərbaycan U-17 millisi qrupdakı növbəti və sonuncu oyununu oktyabrın 4-də Albaniya yığmasına qarşı keçirəcək.

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər