"Ferrari" rəhbərliyinə gözlənilməz zərbə: Hemilton əsl günahkarların adını eyham etdi!

"Ferrari" rəhbərliyinə gözlənilməz zərbə: Hemilton əsl günahkarların adını eyham etdi!
01.10.2026 16:40 İdman

"Ferrari"nin pilotu Lyuis Hemilton komanda rəhbəri Frederik Vassöri müdafiə edərək, dəyişikliklərə qarşı müqavimətin fransalı mütəxəssisdən deyil, klub strukturunda ondan daha yuxarıda dayanan şəxslərdən gəldiyini aydın şəkildə bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "FormulaPassion" nəşri məlumat yayıb. 

"Onlar ruhumuzu sındırmağa çalışdılar, lakin heç nə alınmadı. "Ferrari"nin etdikləri müsbət bir addımdır. Komandanın həmrəyliyi baxımından biz onsuz da vahid kollektiv idik. Fred bizə rəhbərlik edən şəxsdir və o, fantastik iş görür. Bütün tarix boyu bu vəzifədə nə qədər insanın dəyişdiyinə baxsanız, məncə, o, hazırda sələflərindən daha əlverişli mövqedədir.

Lakin nəticədə vəziyyət tək bir insandan asılı deyil. Söhbət böyük insan kütləsindən gedir. Əgər kimisə günahlandırmaq istəyirsinizsə, başqa yerdə axtarın. Bu məsələyə daha yüksək vəzifə tutan insanlar cəlb olunub və onların sayı çoxdur. Əsas odur ki, Fred öz postunda qalır və heç yerə getmir. Mən onu dəstəkləməyə və seçdiyimiz istiqamətə inanmağa davam edəcəyəm.

Mənə qarşı olan münasibətdən razıyam. Komanda daxilində baş verənləri danışmayacağam, lakin dəyişiklik etmək səlahiyyəti olan insanlarla işləməyə davam edəcəyəm. Bu proses sürətlə baş vermir: insanlar dərhal dəyişməyə hazır deyillər. Fred mənim xahiş etdiyim bir çox dəyişiklikləri artıq həyata keçirib, lakin hələ görüləsi işlərimiz çoxdur.

Fred fantastik rəhbərdir və məhz o, bu vəzifəni tutmalıdır. Lakin komandada uzun müddətdir mövcud olan müəyyən bir struktur var. Bəlkə də ona yenidən baxmaq lazımdır, amma məsələ yalnız Freddə deyil - ondan yuxarıda duran insanlar da var. Mən bəzi şeyləri dəyişərdim, lakin təfərrüatlara varmayacağam. Toto Volff Freddən tamamilə fərqli vəziyyətdədir, çünki komandaların strukturları kəskin fərqlənir. Əlavə edəcəyim başqa bir şey yoxdur", - deyə Hemilton bildirib. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər