Az sonra Ukrayna Krımı Rusiyadan ayıracaq - qoşunlar son həmləyə...
Cəbhədən yayılan məlumatlara görə, Ukrayna qüvvələri Rusiyanın Krıma çıxışını təmin edən quru əlaqəsini kəsmək imkanına yaxınlaşa bilər.
TodayPress TV xəbər verir ki, məlumatlarda bildirilir ki, Ukrayna ordusunun bu istiqamətdə mümkün irəliləyişi Rusiyanın Krımdakı mövqelərinə ciddi təsir göstərə bilər.
İddialara görə, əgər Ukrayna Rusiya ilə Krım arasındakı quru əlaqəsini kəsməyə nail olsa, sonradan əlavə Rusiya hərbçilərinin bölgəyə göndərilməsi Moskvanın mövqelərini qoruması üçün kifayət etməyə bilər.
Hazırda cəbhədə vəziyyətin necə inkişaf edəcəyi və Ukrayna qüvvələrinin bu istiqamətdə real irəliləyiş əldə edib-etməyəcəyi ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
Türkan İsgəndərli