Avropada təhlükəli virus can alır: Niderlandda ölənlərin sayı 9-a çatdı

Avropada təhlükəli virus can alır: Niderlandda ölənlərin sayı 9-a çatdı
01.10.2026 15:41 Dünya

Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Niderland Milli Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.

Qurumun məlumatına görə, ölkədə ümumilikdə 56 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.

Avropada da virusun yayılması ilə bağlı vəziyyət diqqət çəkir. Məlumata görə, mövsümün əvvəlindən Avropa ölkələrində təxminən 1600 yoluxma halı qeydə alınıb. Ən çox yoluxma İtaliya, Yunanıstan və İspaniyada müşahidə olunub.

Avropa səhiyyə orqanlarının məlumatlarına əsasən, Yunanıstanda 355, İspaniyada 125, Fransada 102, Rumıniyada 91, Şimali Makedoniyada 69, Serbiyada 46 yoluxma qeydə alınıb.

Almaniyada da Reynland-Pfalts, Leypsiq və Berlində virusla bağlı hallar aşkarlanıb.

Qərbi Nil virusu əsasən ağcaqanadlar və vəhşi quşlar arasında yayılır. Yoluxmuş ağcaqanadlar isə virusu insanlara və digər məməlilərə keçirə bilər.

Mütəxəssislərin məlumatına görə, Avropada virusun yayılmasına iqlim və ətraf mühitdəki dəyişikliklər, eləcə də yeni ağcaqanad növlərinin yayılması təsir göstərir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər