Netanyahu: "Flydubai" hadisəsi ilə bağlı İsrailə əvvəlcədən xəbərdarlıq edilməyib

Netanyahu: "Flydubai" hadisəsi ilə bağlı İsrailə əvvəlcədən xəbərdarlıq edilməyib
01.10.2026 14:52 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu "Flydubai" şirkətinin Təl-Əvivə uçan reysi ilə bağlı baş verən hadisədən əvvəl İsrailə hər hansı konkret kəşfiyyat xəbərdarlığının daxil olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "CNN"ə müsahibəsində deyib.

İsrail İranın dəstəklədiyi "Hizbullah" və HƏMAS qruplarının İsrailə və xaricdəki İsrail vətəndaşlarına qarşı mümkün hücum planları barədə ümumi məlumatlara malik olub.

Lakin onun sözlərinə görə, "Flydubai" reysi ilə bağlı baş verə biləcək konkret hadisə barədə İsrailə əvvəlcədən xəbərdarlıq edilməyib.

Netanyahu həmçinin bildirib ki, İsrail hadisədə iştirak edən pilotun dindirilməsi prosesində iştirak etmək niyyətindədir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər