Gəncədə şagirdlər xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ 2

Gəncədə şagirdlər xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ 2
01.10.2026 14:10 Hadisə

Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə  TƏBİB-dən məlumat verilib.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:

"Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

14:10

***

"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər".

TodayPress TV xəbər verir ki, bu barədə APA-nın qərb bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.

13:50

***

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

TodayPress TV  xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.

Onları müəllimlərin köməyi ilə Gəncədə xəstəxananın Yoluxucu şöbəsinə yerləşdiriblər.

Hazırda şagirdlərə tibbi yardım göstərilir.


XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər