Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar!

Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar!
01.10.2026 14:03 İdman

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun ilk yarış günündə təsnifat seansı maraqlı və gərgin mübarizəyə səhnə olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan üzgüçülərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 9 növdə bacarıqlarını nümayiş etdiriblər.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq növdə (1.05,39) Azərbaycan rekorduna imza atıb.

Abdurrəhman Rüstəmov isə 100 metr məsafəyə kəpənək üsulu ilə yarışında (53.02) finala vəsiqə qazanıb. Həmçinin final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda Oqtay Hüseynov iştirak edəcək.

400 metr məsafəyə sərbəst üsul ilə yarışda Anastasiya Qnusina, 50 metr məsafəyə arxası üstə üsulu ilə yarışda Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsul ilə yarışda Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə yarışda öz nəticəsini yaxşılaşdırıb.

Qeyd edək ki, oktyabrın 3-dək davam edəcək Dünya Kuboku yarışında 44 ölkədən 216 idmançı iştirak edir. 

Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. 

Baş məşqçi - Luka Qabrilo, məşqçilər - Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyevdir.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar! — 1
Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar! — 2
Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar! — 3
Dünya elitasına qarşı parlaq mübarizə: Təmsilçilərimiz finala adladılar! — 4
XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər